Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 309 yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 796 min 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 653 nəfər müalicə olunaraq sağalıb, 9 min 735 nəfər vəfat edib. Aktiv xəstə sayı 1753 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 26, bu günə qədər isə ümumilikdə 7 milyon 21 min 193 test icra olunub.