Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 325 yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 818 min 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 min 193 nəfər müalicə olunaraq sağalıb, 9 min 864 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 206 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 912, bu günə qədər isə ümumilikdə 7 milyon 199 min 753 test icra olunub.