Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 761 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 92 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 104, bu günə qədər isə ümumilikdə 6 milyon 814 min 486 test icra olunub.