Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 min 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 618 nəfər müalicə olunaraq sağalıb, 9 min 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 220 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 mın 101, bu günə qədər isə ümumilikdə 7 milyon 349 min 698 test icra olunub.