Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 488 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 803 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 790 min 685 nəfər müalicə olunaraq sağalıb, 9 min 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 192 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 76, bu günə qədər isə ümumilikdə 7 milyon 84 min 848 test icra olunub.