Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 793 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 465 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 403, bu günə qədər isə ümumilikdə 6 milyon 974 min 930 test icra olunub.