Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 min 33 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 785 nəfər müalicə olunaraq sağalıb, 9 min 975 nəfər vəfat edib. Aktiv xəstə sayı 273 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 314, bu günə qədər isə ümumilikdə 7 milyon 361 min 245 test icra olunub.