Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 865 yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 787 min 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 769 min 746 nəfər müalicə olunaraq sağalıb, 9454 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 167 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8487, bu günə qədər isə ümumilikdə 6 milyon 572 min 316 test icra olunub.