Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 92 yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 822 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 821 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 526 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 313, bu günə qədər isə ümumilikdə 7 milyon 277 min 812 test icra olunub.