Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 930 yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 627 min 15 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 min 480 nəfər müalicə olunaraq sağalıb, 8 min 541 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 994 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 566, bu günə qədər isə ümumilikdə 6 milyon 19 min 327 test icra olunub.