Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1850 yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 498 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 min 964 nəfər müalicə olunaraq sağalıb, 6 min 734 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 932 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 346, bu günə qədər isə ümumilikdə 5 milyon 973 test icra olunub.