Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1009 yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 488 min 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 min 421 nəfər müalicə olunaraq sağalıb, 6 min 611 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 181 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 828, bu günə qədər isə ümumilikdə 4 milyon 912 min 156 test icra olunub.