Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 192 yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 417 nəfər müalicə olunaraq sağalıb, 9611 nəfər vəfat edib. Aktiv xəstə sayı 1739 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4435, bu günə qədər isə ümumilikdə 6 milyon 632 min 882 test icra olunub.