Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2005 yoluxma faktı qeydə alınıb, 1011 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 509 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 min 696 nəfər müalicə olunaraq sağalıb, 6 min 829 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 337 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 533, bu günə qədər isə ümumilikdə 5 milyon 69 min 352 test icra olunub.