Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2447 yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 447 min 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 min 977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 min 828 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 530, bu günə qədər isə ümumilikdə 4 milyon 578 min 600 test icra olunub.