Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

Ümumilikdə bu sistem aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət 540 min nəfəri əhatə edəcək.

Əvvəlki20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək
NövbətiZimbabve Prezidenti Azərbaycana səfər edəcək