Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə iyunun 27-də İmişli rayonunda, Gənclər Mərkəzində “Müasir Azərbaycanın inkişafında dini dəyərlərin rolu və radikal dini cərəyanların bu inkişafa neqativ təsiri mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirdi. Əsasən gənclərin və yeniyetmələrin iştirak etdiyi Dəyirmi Masqanı açıq elan edən STD sədri və lyihə rəhbəri Qasım Həsənov layihəni maliyyələşdirdiyi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasına, prezident Admnistrasiyasına, o cümlədən İmişli rayon İcra hakimiyyətinə təşəkkür etdi. Layihə rəhbəri “Müasir Azərbaycanın inkişafında dini dəyərlərin rolu və radikal dini cərəyanların bu inkişafa neqativ təsiri mövzusunda tədbirlərin keçirilməsi” layihəsinin müasir dövrdə olduqca aktual mövzu olduğunu DM iştirakçılarının nəzərinə çatdırdı. Sonra söz layihənin eksperti Yasin Əliyevə verildi. Ekspert DM iştirakçıları qarşısında “Müasir Azərbaycanın inkişafında dini dəyərlərin rolu” və “Radikal dini cərəyanların yaranma səbəbləri və inkişafa neqativ təsiri” mözularında geniş çıxış etdi. O çıxışı zamanı bildirdi ki, din əslində mənəvi dəyərdir. Mənəvi dəyəri yüksək olan şəxs ölkəsinin inkişafında da müsbət rol oynayacaqdır. Y.Əliyev radikal dini cərəyanların əsas hədəflərinin məhz gənclər olduğunu qeyd etdi. Keçirilən DM-də də gənclərin və yeniyetmələrin iştirakını müsbət qiymətləndirdi. Sonra çay fasiləsi oldu. Fasilədən sonra mövzular ətrafında müzakirələr keçirildi. Ekspert suallara ətraflı cavablar verdi. DM iştirakçılarından Aytac Abışova radikal dini cərəyanların nümayəndələrinin təhsil müəssisələrində fəaliyyət göstərmələrinin qanunamüvafiq şəkildə qarşısının alınmasının olduqca vacib olduğunu qeyd etdi. Müzakirələrdən sonra DM fəaliyyətini başa vurdu.