Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycana səfər edəcəklər.
Bu barədə “Report”a Agentlikdən məlumat verilib.
Fevralın 23-dən 28-dək davam edəcək səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30 illiiyi ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT-lərlə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurabnları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.
Eyni zamanda Srebrenitsa QHT-lərinin təmsil olunduğu nümayəndələrin işğaldan azad olunmuş ərazilərə də səfəri nəzərdə tutulub.