Fransada keçirilməli olan stend atıcılığı üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) mətbuat xidməti məlumat yayıb.
Yarış iyunun 9-19-da Şatoru şəhərində keçirilməli idi. Turnirin 2021-ci ildə təşkil olunması qərara alınıb.