Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən silahlı qarşıdurma nəticəsində ölənlərin sayı üç mini keçib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat verib.
“Aprelin ortalarında başlayan silahlı toqquşmalardan indiyədək 3 000-dən çox insan ölüb, azı 6 000 nəfər yaralanıb”, – Sudan Səhiyyə Nazirliyinin rəhbəri deyib.