Sumqayıt şəhər təcili tibbi xəstəxanasının baş həkimi Rauf Sadığov AZƏRTAC –a bildirib ki, avtobusda olan 14 sərnişin müayinədən keçirilib. Onlardan 10 nəfəri evə buraxılıb, 2 nəfərə ambulator yardım göstərilib. Hazırda xəstəxanada 2 sərnişin müalicə alır. Onların vəziyyəti kafidir.
Hadisə Sülh prospektində baş verib. 2 və 9 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusları toqquşub. İlkin məlumata görə, arxadan gələn avtobusun sürücüsü idarəetməni itirib və qarşıdakı avtobusu vurub.