Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.
Türk.az-ın məlumatına görə, kütləvi dav zamanı iki nəfər – 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.
Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.