Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman komaya düşüb.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas fiqur olub.
Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.
İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.