İyulun 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.
Trend xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələri Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edirlər.