“TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” hesabat konfransında TƏBİB-in yeni yaradılan veb-saytı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova vətəndaşların kompüter və mobil cihazlar vasitəsilə saytı rahatlıqla ziyarət edə biləcəklərini deyib: “Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.
Z.Ədilova qeyd edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək.