Fevralın 15-dən etibarən Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu prosesi videoformatda həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videoqəbulların keçirilməsində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir. Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq. Qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə etmək olar.