Tacikistan prezidenti Emoməli Rahmon 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib.
Türk.az rus mətbuatına istinadən xəbər verir ki, onu Daşkəndə Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəvət edib.
Özbəkistan mətbuatı yazıb ki, iki ölkə başçısının görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat və rabitə, turizm, mədəniyyət, humanitar sahələrdə və regionlararası əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.
E.Rahmonun səfəri iki gün davam edəcək.
Qeyd edək ki, bu ilin yazında da Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistan dövlət səfəri edib.