Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunub

Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik. Noyabrda Bakının ev sahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.

ƏvvəlkiAnkarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub
NövbətiAzərbaycan və BƏƏ arasında İT sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib