44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Umid Partiyasının deputatlığa namizədi, Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev Sumqayıt şəhəri internat tipli gimnaziyanın akt zalında seçicilərlə növbəti dəfə görüşüb.
Görüşdə iştirak edən Ümid Partiyasının lideri İqbal Ağazadə partiyanın seçki platforması haqqında 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin seçicilərinə məlumat verdikdən sonra 9 fevralda keçriləcək növbədənkənar parlament seçkilərində seçiciləri deputatlığa namizəd Taleh Əliyevə səs verməyə çağırıb.
Sonra politoloq Taleh Əliyev çıxış edərək Ümid Partiyasının lideri İqbal Ağazadəyə və 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin seçicilərinə öz təşəkkürünü bildirərək millət vəkili seçiləcəyi təqdirdə Ümid Partiyasının və seçicilərinin bu yüksək ehtimadını doğruldacağına söz verib.
Görüş seçicilərin çoxsaylı sualları və təklifləri dinlənildikdən sonra başa çatıb.