“Taliban” ABŞ-da dondurulmuş milyard dollarlıq ehtiyatlara çıxışı təmin etmək istəyir

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı ABŞ rəhbərliyindən dondurulmuş 10 milyard dollarlıq dövlət ehtiyatlarına çıxışın təmin olunmasını xahiş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” tərəfindən Qaçqınların işləri üzrə nazir vəzifəsinə təyin olunan Xəlilurrəhman Həqqani bildirib.

Onun sözlərinə görə, “Taliban” Vaşinqtondan Əfqanıstanın yenidən qurulması üçün ayrılan milyardlarla dollara da çıxışı bərpa etməyi istəyib.

Həqqani ABŞ və BMT-ni “Taliban” liderlərinin adlarını qara siyahılardan çıxarmağa və hərəkatla əlaqələri bərpa etməyə çağırıb.

ABŞ mətbuatının yazdığına görə, avqustun 15-də Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurub və “talib”lərin onlara daxil olmasını əngəlləyib. Əfqanıstanın dondurulmuş dövlət ehtiyatlarının həcmi 9,4 milyard dollar qiymətləndirilir.

ƏvvəlkiAzərbaycanda 2 557 nəfər COVID-19-a yoluxub, 39 nəfər vəfat edib
NövbətiSəksən üç dövlətin başçısı BMT Baş Assambleyasının iclasında iştirak edəcək