Türk Dövlətləri Təşkilatının Macarıstan Nümayəndəliyinin icraçı direktoru, türkoloq Yanos Hovari vəfat edib.
Medianews.azxəbər verir ki, bu barədə Türk Tarix Qurumunun paylaşımında qeyd olunub.
Yanos Hovarinin ölümü ilə bağlı paylaşımda deyilir:
“Türkoloq və səfir kimi Macarıstan və Türk Dövlətləri arasında münasibətlərə dəyərli töhfələr vermiş Türk Dövlətləri Təşkilatının Macarıstan Nümayəndəliyinin icraçı direktoru Yanos Hovarinin vəfatını böyük kədər hissi ilə öyrəndik. Cənab János Hóvarinin ailəsinə, pərəstişkarlarına və türkologiya ictimaiyyətinə başsağlığı veririk.”