“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib.
Məlumat verildiyi kimi,Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib. Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su hovuzundan də istifadə olunub.