Tbilisidə keçirilən “Evə, Avropaya” şüarlı mitinqin iştirakçılarının bir qismi hakim Gürcü Arzusu Partiyasının mərkəzi qərargahına doğru yürüş edib.
“Report”un yerli bürosu xəbər verir ki, ofisin yaxınlığına çatan aksiyaçılar “Get, get!” şüarı səsləndirirlər.
Əraziyə çox sayda polis əməkdaşları səfərbər olunub.
Mitinq iştirakçılarının bir hissəsi isə gecəni parlamentin binası önündə keçirməyi planlaşdırıblar. Onlar səhər saatlarında hökumət administrasiyasının binası qarşısında aksiya keçirəcəklərini bildiriblər.