Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədrin seçiləcəyi tarix məlum olub.
Trend xəbər verir ki, TBMM-yə yeni sədr seçimi 7 iyun saat 16:00-da keçiriləcək.
Bunu TBMM-nin müvəqqəti sədri, MHP lideri Devlet Bahçeli bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra açıqlayıb.
Qeyd edək ki, bu gün TBMM-in Baş Assambleyası Ərdoğanın andiçmə mərasimi üçün toplanıb.