Gürcüstan parlamentinin yanvarın 17-də növbədənkənar iclası keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bunu parlamentin sədri Arçil Talakvadze bildirib.
Növbədənkənar iclasın təyin olunması ilə bağlı qanunverici orqan Gürcüstan prezidentinə müraciət edəcək.
İclasın gündəliyinə 30-a yaxın məsələ daxil edilib ki, onların da arasında 10 qanun layihəsi və təşkilati məsələlər yer alıb.
Qeyd edək ki, qonşu ölkə parlamentinin qış sessiyasına dekabrın 20-də yekun vurulub. Qanunverici orqanın yaz sessiyası isə fevralın 4-də başlayacaq.