Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları
siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start
verilib.
Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16
vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd
qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına
komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv
Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma
təliminə cəlb olunub.
İxtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki
hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının
hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək.

ƏvvəlkiAzərbaycanda fərdi məlumatların qorunması ilə bağlı işçi qrupu yaradıldı
NövbətiDünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı