Azərbaycan Texniki Universitetinin (AzTU) dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına infoturu keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, stansiyanın rəis əvəzi, AzTU-nun məzunu Elmar Məmmədov tur ərzində tələbələrə 3 parkdan ibarət stansiya və “ADY SMART” əməliyyat sistemi haqqında ətraflı məlumat verib. Bildirilib ki, müvafiq vakansiyalar üzrə AzTU-nun tələbələri Biləcəri dəmir yolu stansiyasında işlə təmin olunacaqlar.