Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Klaarın özü “Twitter” səhifəsində məlumat verib.
“Dünən bizim Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla əla görüşümüz oldu. Hər iki tərəfdə münasibətlərin qurulmasına güclü sadiqliyi görmək xoşdur”, – Klaar yazıb.