Tokioda avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər yoxlama qaydasında işə başlayıb

Tokioda özünü idarə etmə sisteminə malik taksilər işə başlayıb. Bu taksilərin iki həftə ərzində sınaq məqsədilə xidmət göstərəcəyi bildirilir.

Türk.az yapon mətbuatına istinadən xəbər verir ki, yeni nəqliyyyat vasitəsi Yaponiyanın “ZMP” şirkəti ilə taksi xidmətləri sahəsində tanınmış “Hinomaru kotsu” şirkətinin birgə layihəsidir.

Bu taksilərin gün ərzində dörd dəfə 5 kilometr məsafəni qət edərək Tokio vağzalının yaxınlığındakı ofis bunasından Ropponqi ərazisində yerləşən kommersiya göydələninə doğru və geriyə hərəkət etməsi nəzərdə tutulur.

Avtomobildə, hər ehtimala görə, sürücü də var. Buna baxmayaraq, yolun əksər hissəsi avtomatik rejimdə qət edilir. Bu taksilər döngələri və yol dəyişmələrini sərbəst şəkildə həyata keçirir.

ƏvvəlkiGöygöldə toyda dava olub, xəsarət alanlar var
NövbətiDüşmən atəşkəs rejimini 94 dəfə pozub