Tovuzda Brilyant Atəşin kitabı təqdim olundu

8 iyul, 2024- cü ildə, Tovuz rayonunda, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazax-Tovuz Regional Mədəniyyət idarəsi və Mirvarid Dilbazi Poeziya Məclisin İB-nin birgə təşkilatçılığı ilə AJB-nin üzvü, şair, publisist Brilyant Atəşin “Nənəmin kəlağayısı” kitabının təqdimatı keçirildi.

Kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi ilə işıq üzü görüb. Kitabın redaktoru- Güllü Eldar Tomarlı, məsləhətçi – Barat Vüsal, rəyçilər – Xatirə Dilbazi, Vüsal Sehranoğludu Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açdı, vətənimizin azadlığı, suverinliyi, bütövlü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.

Söz AYB-nin, Qazax filialının sədri, ictimai xadim, şair, publisist Barat Vüsala verildi. O, şairin şeirlərinin milli, mənəvi dəyərlərə söykəndiyindən, vətənpərvərlik ruhunda yazmağından danışdı və şairin şeirlərindən nümunələr səsləndirdi.

Tədbirdə şairlərdən – Nazim Əhmədli, Bilal Qoca, Tamam Yaralı, Telman Akınçı Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin bələdçisi Pakizə Abbasova, Novruz Mizani, aşıq Novruz Kamiloğlu və ailə üzvləri çıxış etdilər.

Sonda xatirə şəkili çəkildi.

ƏvvəlkiCOP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib
NövbətiTürkiyə və İran prezidentləri arasında telefon danışığı olub