Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Tovuz rayonunda şəhid Kənan Nəsibovun ailəsi ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədə göstərdiyi şücaətlərindən bəhs olunub.
K.Nəsibov Kəlbəcər uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb, ailə üzvlərinin yaşayışı ilə tanış olub. Bildirib ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır və onların sosial təminatı bundan sonra da diqqət mərkəzində saxlanılacaq.