Bu ilin yanvar-iyul aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 268,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 43 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 19,1 faiz, geyim istehsalında isə 23,4 faiz azalma müşahidə olunub.