ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Donald Tramp bildirib. O qeyd edib ki, tərəflər ticarət, İran və digər çoxsaylı mövzularla bağlı müzakirə aparıblar.
“Telefon danışığı çox yaxşı keçdi. Biz bütün məsələlərdə eyni tərəfdəyik”, – deyə Tramp bildirib.