“İran müzakirələr aparmağımız üçün məndən onlara tətbiq etdiyimiz sanksiyaların aradan qaldırılmasını istədi”.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
“İran müzakirələr aparmağımız üçün məndən onlara tətbiq etdiymiz sanksiyaların aradan qaldırılmasını istədi. Təbii ki, mən yox dedim”, – deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani sentyabrın 26-da sanksiyaları aradan qaldıracaqları halda ABŞ-la görüşüb, nüvə obyektlərinin yoxlanılmasına icazə verəcəklərini bildirib.