Ənənəvi bağların qırıldığı böyük dəyişikliklər dövrünü qıcıqlanma dövrü adlandırırlar. İnsanlar ümidverici dəyişikliklərin konturlarını görmək üçün səbirsizlənirlər. Onları tək-tək insanlar, dəyişikliklərin fəlsəfəsinin əsil məğzini dərk edən fövqəladə şəxsiyyətlər görür.
Köhnənin dağılması ağrılıdır, amma həm də ümid verir, çünki daha təkmil konfiqurasiyanın qurulmasına gətirib çıxarır.
“Trend” Müstəqil İnformasiya Agentliyi media məkanına keşməkeşli 90-cı illərdə qədəm qoyub. İctimai-siyasi və sosial-iqtisadi həyatın gedişatına ahəngdarlıqla uyğunlaşmış agentlik ümummilli lider Heydər Əliyevin tarixi islahatlarının özünəməxsus peykinə çevrildi.
Yeni Azərbaycan gözlərimiz qarşısında təşəkkül taparkən dəyişikliklərin informasiya təminatı zamanın tələbinə çevrildi. Təcrübəli lider sabitliyin sərhədlərini əminliklə genişləndirir və hadisələrin dinamik axarı düşünülmüş yanaşma tələb edirdi.
“Trend” bu gün dünya informasiya-analitiK ictimaiyyətinin ayrılmaz hissəsidir və epoxal hadisələrin işıqlandırılmasını uğurla tənzimləyir.
Qlobal məkanda uğurlu mövqe tutan agentlik peşəkar koloritə malik olan aktual məzmunla seçilir. Bu məzmuna bazarda tələbat mövcuddur.
Agentliyin informativ irəliləyişləri və innovasiyaları Prezident İlham Əliyevin möhtəşəm islahat proqramının nəticəsi olan bütün sahələrdə yenilənmələrin ruhuna uyğundur.
Azərbaycan liderinin taleyüklü əməlləri mühiti təkmilləşdirir, ona görə də mövcud reallıqda təşəbbüskar olmaq, bu dəyişikliklərin semantikasını üzə çıxaran vacib məqamları gözdən qaçırmamaq lazımdır.
Bakının təşəbbüsləri, bir qayda olaraq, multiplikativ effekt verir. Qeyri-adi həllərin xüsusiyyətləri və ştrixləri istifadəçinin diqqətindən kənarda qalmamalıdır.
Bakı inamla qlobal birgəyaşayışın yeni vektorlarını yaradır. Onların beynəlxalq mühitə çatdırılması aktualdır, çünki bu, ölkənin nailiyyətlərinin populyarlaşdırılmasını təmin edir.
Media mühitindəki yeni tendensiyalar təsdiq edir ki, hər yerdə çoxlu informasiya var, həqiqət isə azdır. Balansın obyektivliyin xeyrinə dəyişməsi naminə “Trend” istehsal, mübadilə və əməkdaşlıq imkanlarını şaxələndirir. Yüksək tərəfdaşlıq sənətində Azərbaycan agentliyi böyük etimad qazanıb.
Nəcib ideyalar və niyyətlərə əsaslanan müasir şəxs hər zaman öz mühitini yaxşılaşdırmağa çalışır. Onun üçün təkcə yeni texnologiyalar və ideyalar deyil, həm də müasirlərinin qəlblərinin hərarəti, vətəndaşlıq mövqeyinin yüksək təzahürü vacibdir.
Münasibətlərin humanistləşdirilməsi yumşaq gücün əhatə dairəsini genişləndirir, harmoniya gücünü artırır, insani münasibətlərə sadəlik və yüngüllük verir, mürəkkəb və qarışıq məsələlərin həllinə kömək edir. Belə mühüm və incə məsələdə yeni tendensiyaları Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva yaradır.
Onun təşəbbüslərinin və qeyri-adi hərəkətlərinin zəngin informasiya fonu mühüm mənəvi və sosial effektlər verir, kütlələrin heyranlığına səbəb olur. Bu qanunauyğundur, çünki gərginliyi aradan qaldırmağa kömək edən hər şey inam verir, insanların qarşılıqlı fəaliyyət mühitini gözəlləşdirir.
Sürətlə inkişaf edən yaradıcı sənaye hansı normaları diqtə edirsə etsin, onun informasiya tərkibi tələblərə və gözləntilərə cavab verməlidir. Peşədə özünün etibarlılıq ehtiyatını artırmaqla agentlik səmərəli fəaliyyətin amili kimi çıxış etməyin nə qədər vacib olduğunu anlayaraq istifadəçilərin etimad bayrağını yüksək tutur.
Yaradıcılıq potensialının gücləndirilməsi ətrafda baş verən hər şeydə yeni məna axtarışında dinamikanı təmin edir. İstifadəçi hər zaman buna həssasdır.
“Trend” bilik və bacarıqlarını artırmaqla layiqincə qazandığı Azərbaycanın milli brendi statusunu təsdiqləyir. Özünün sinergiya formulu gələcəyin imicinin qurulmasında əvəzsiz köməkçiyə çevrilib.
Parlaq rənglər gözləntilərin və ümidlərin ruhuna cavab verdikdə təkcə sabahın obrazlarını deyil, həm də mövcud reallıqları canlandırır. Dəyişikliklər dövrünün mühüm xüsusiyyətlərindən biri də budur.
Tofiq Abbasov
Politoloq, Əməkdar jurnalist
p.s. Türk.az kollektivi olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara yaradıcılıqlarında uğurlar diləyirik!