Turnirin Bakıda keçirilməsi mənə əlavə stimul verirdi. Olimpiadaya lisenziya qazandığım üçün çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında qalib gələrək “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Turan Bayramov deyib.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı, həmçinin bildirib: “Dünya çempionatında sona üç saniyə qalmış lisenziyanı əldən vermişdim. Buradakı yarış mənim üçün önəmli idi. Frank Çamizo Markezi daha əvvəl Toğrul Əsgərov məğlub etmişdi. İndi də bu uğuru mən əldə etdim”.
Qeyd edək ki, hesab bərabər (8:8) olsa da, xalların keyfiyyətinə görə rəqibini məğlub edən T. Bayramov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.