Türk dövlətləri yeni maliyyə şuralarının yaradılmasını dəstəkləyib

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr Qazaxıstanın təşkilata üzv dövlətlərin Yaşıl Maliyyə Şurasının və Mərkəzi (Milli) Banklar Şurasının yaradılması təşəbbüslərini dəstəkləyib.

AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, bu təşəbbüs oktyabrın 18-də Bişkekdə TDT-nin iştirakçısı olan ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında təsdiq edilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan rəsmiləri iştirak ediblər.

Əsas müzakirə mövzusu TDT-yə üzv dövlətlərin gələcək əməkdaşlığının gücləndirilməsi və iqtisadi inkişaf məsələləri olub.

İqtisadiyyat və ticarət nazirlərinin növbəti görüşü Türküstan şəhərində keçiriləcək. Burada Qazaxıstanın bütün TDT ölkələri tərəfindən dəstəklənən digər təşəbbüsü – TURAN xüsusi iqtisadi zonasının açılışı planlaşdırılır.

ƏvvəlkiAnkarada Ənvər paşanın xatirəsi anılıb
NövbətiTarixdə ilk dəfə G7 ölkələrinin müdafiə nazirlərinin görüşü olub