“Türk Hava Yolları” (THY) son həftənin göstəricilərinə görə, Avropanın ən çox uçuş edən ikinci hava yolu şirkəti seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Naviqasiya Təhlükəsizliyi Təşkilatından bildirilib.
Yeni növ koronavirus tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin böyük ölçüdə qaldırılması ilə hava yolu şirkətləri də tədricən normallaşma təqviminə qayıdır. Bu çərçivədə müvəqqəti dayandırılan reysləri tədricən bərpa edən “Türk Hava Yolları” aviaşirkəti də oktyabrın 4-10-da günlük 1185 səfər edib.
Siyahıda ilk sırada gündəlik 2316 səfərlə İrlandiyanın “Ryanair” şirkəti yer alıb.