Türk Şurası ölkələrinin baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Trend-in məlumatına görə, Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğız Respublikalarının Baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

ƏvvəlkiBu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib
NövbətiANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən ay piyada əleyhinə 545, tank əleyhinə 85 mina aşkarlanıb