Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşma imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyə və türk milləti olaraq 28 il ərzində hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik”, – deyən Rəcəb Tayyib Ərdoğan Qarabağın işğaldan azad edilməsi, bəyanatın imzalanması münasibətilə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edib.